Azərbaycanlı futbolçu komandasına qələbə qazandırdı
01.04.2023 , 13:28

Almaniyanın Qərb Regional Liqasında 28-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
Komanda öz meydanında “Vuppertaler”lə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da 38-ci dəqiqədə azərbaycanlı futbolçu vurub.
“Şalke”nin ikinci komandası hazırda 39 xalla 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
