Rusiya milli komandasının baş məşqçisi Dik Advokat 2012-ci il Avropa çempionatına hazırlıq üçün çağırdığı futbolçuların adlarını açıqlayıb. Korner.az-ın məlumatınma görə, çalışdırıcının çağırdığı futbolçular arasında azərbaycanlı Aleksandr Səmədov və Emin Mahmudov yoxdu.
Qeyd edək ki, Avropa çempionatında iştirak üçün Ukrayna və Polşaya yollanacaq 23 futbolçudan ibarət yekun heyət mayın 29-da Bakı vaxtı ilə saat 15:00-dək açıqlanmalıdır. Çempionat iyulun 1-də yekunlaşacaq.
