Azərbaycanlı futbolçu Gürcüstan klubunda
02.03.2020 , 18:56

Gürcüstanın milli liqasında çıxış edən “Şevardeni-1906” klubu 21 yaşlı azərbaycanlı futbolçu Murad İsmayılzadəni sıralarına qatıb.
Korner.az xəbər verir ki, onunla bir illik müqavilə imzalanıb.
Murad Tbilisi klubunda 21 nömrəli formada çıxış edəcək.
“İnter” PFK-nin yetirməsi olan Murad İsmayılzadə karyerası boyunca “İnter”, “Zirə”, “Sabah” klublarında oynayıb, müvafiq yaşlarında U-17 və U-19 Azərbaycan milli komandalarına cəlb olunub.
