Azərbaycanlı futbolçu “Fənərbaxça”nın əsas heyətinə cəlb olunub.
Korner.az-ın məlumatına görə, İstanbul klubunun U-19 komandasında çıxış edən Mirkamil Həşimli ötən gün A komandasına cəlb olunub.
Mirkamil 6 komanda yoldaşı ilə birlikdə baş məşqçi Ersun Yanalın qərarı ilə əsas heyətin məşqinə dəvət alıb. Futbolçumuz Samandradakı bazada məşhur oyunçularla birlikdə məşq edib.
Fanat.az
