U-19 millimizin üzvü Turan Vəlizadə futbolçu karyerasını Türkiyədə davam etdirəcək. 17 yaşlı yarımmüdafiəçi “Fənərbağça”nın ay aşağı yaş qrupuna cəlb etdiyi 8 oyunçudan biri olub.
Onunla yanaşı, “Oberhauzen”dən Mete Yıldız, “Duysburq”dan Oğuzhan, “Gütersloh”dan Hüseyin, “Qalatasaray”dan Oben, “Çanakkale”dən Görkəm, “Yönköppinq”dən Andreas Kilit və klubun tanınmış futbolçulardan olmuş xorvatiyalı Milan Rapaiçin oğlu Boris Rapaiçi də transfer edilib.
