Azərbaycanlı futbolçu Ermənistan klublarına qarşı
29.01.2020 , 18:48

Azərbaycanlı futbolçu Azər Əliyevin çıxış etdiyi “Ufa” Kiprdəki təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama oyunu keçirəcək.
Korner.az xəbər verir ki, Rusiyanın Premyer Liqa təmsilçisi Serbiyanın “Çukariçki”, Latviyanın “Liepaya”, Litvanın “Suduva”, Ermənistanın “Ararat”, “Ararat-Ermənistan” və “Urartu” klublarıyla qarşılaşacaq.
Azərbaycanlı futbolçu Azər Əliyev komanda ilə birgə Kiprə yollanıb. Ancaq Turqay Möhbalıyev isə heyətdən kənarda qalıb.
