Dünya Futbolu

Azərbaycanlı futbolçu dubl etdi, bombardir oldu

24.04.2019 , 11:13

Latviya çempionatında VIII turun oyunları keçirilib.

Azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” doğma meydanda “Spartak”a 4:1 hesabı ilə qalib gəlib.

Vüqarla Tural start heyətdə meydana çıxıb. Əsgərov sonadək oynayıb, Bayramlı isə 56-cı dəqiqədə əvəzlənib. Elvinin adı isə matçın iştirak ərizəsinə daxil edilməyib.

Komandasının vurduğu qollardan ikisinə Vüqar imza atıb. 33 yaşlı forvard 20-ci dəqiqədə hesabı 1:1 edib. Azərbaycan millisinin sabiq üzvü 32-ci dəqiqədə daha bir qol vurmaqla ardıcıl iki oyunda dubl edib və mövsümdə vurduğu qolların sayını 5-ə çatdırıb. Bu, həm də Əsgərovu Latviya çempionatının bombardirlər yarışında ilk sıraya çıxarıb.

“Dauqavpils” 10 xalla 9 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Son yazılar

Yuxarı