Azərbaycanlı futbolçu Çexiyanın yüksək dəstə klubunda
21.02.2019 , 15:34

Azərbaycanlı futbolçu Arzuman Rizvanov Çexiyanın yüksək liqasında mübarizə aparan “Bohemians” klubunun şərəfini qoruyacaq.
“Neftçi”nin yetirməsi “Bohemians” ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
U-21 millimizin üzvü son 1,5 ili Çexiyanın “Banik” klubunda keçirib.
