Azərbaycanlı futbolçu “Boluspor”dan ayrıldığını açıqladı
05.06.2025 , 12:42
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin “Boluspor” klubundan ayrılıb.
Korner.az xəbər verir ki, bununla bağlı 29 yaşlı yarımmüdafiəçi sosial media hesabında yazıb:
“Hər şey üçün təşəkkürlər, “Boluspor”.
Qeyd edək ki, Vüsal 2024-cü ildən “Boluspor”da forma geyinirdi.
