Azərbaycanlı futbolçu ayın ən yaxşısı seçildi
13.12.2019 , 16:16

Rusiyanın “Ufa” klubunda noyabr və dekabrın ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, azərbaycanlı futbolçu Azər Əliyevdi.
Azarkeşlər arasında keçirilən sorğuda 42,1 faiz səs toplayan Əliyev həm noyabr, həm də dekabrın ən yaxşı futbolçusu seçilib.
Əliyev bu müddətdə 4 oyuna çıxıb və 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
