Azərbaycanlı futbolçu Avstriya klubunda
18.02.2022 , 20:26

Azərbaycan millisinin sabiq üzvü Amit Quluzadə karyerasını Avstriyada davam etdirəcək.
Korner.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “ATSV Stadl-Paura” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Region Liqası təmsilçisi Quluzadə ilə 2022-ci ilin yayına qədər müqavilə imzalayıb.
