Azərbaycanlı FİFA referisi yeni təyinat aldı
01.06.2021 , 20:10

FIFA referisi İnqilab Məmmədov çimərlik futbolu üzrə dünya çempionatının Avropa seçmə mərhələsinə təyinat alıb.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Seçmə mərhələnin oyunları iyunun 17-dən 27-ə qədər Portuqaliyanın Nazare şəhərində keçiriləcək.
