Futbol

Azərbaycanlı FİFA referisi I kateqoriyaya daxil edilib

30.05.2018 , 08:12

UEFA 2018/2019-cü il mövsümünün birinci yarısı üçün hakimlərin yeni kateqoriyalarını açıqlayıb. 

Buna qədər ikinci kateqoriyada yer alan FIFA referisi Əliyar Ağayev birinci kateqoriyaya daxil edilib.

Digər referilərə gəldikdə, Rəhim Həsənovla Ömər Paşayev, eləcə də qadın futbol referiləri Yuliya Qurbanova ilə Səbayel Qurbanova III kateqoriyada saxlanılıb. 

Qeyd edək ki, Ağayev birinci kateqoriyaya yüksələn ilk azərbaycanlı hakimdir.

Son yazılar

Yuxarı