Azərbaycanlı FİFA referisi beynəlxalq turnirə təyinat aldı
14.10.2021 , 18:47

Futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov beynəlxalq turnirə təyinat alıb.
Korner.az xəbər verir ki, K.Əmiraslanov qadın futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Ukrayna, Finlandiya, Çexiya və Belçika milli komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 20-dən 25-dək Ukraynada təşkil olunacaq.
