Azərbaycanlı FIFA referilərinə UEFA-dan təyinat
12.07.2018 , 15:28

Azərbaycanlı FİFA referiləri – Ömər Paşayevlə Rəhim Həsənov Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıb.
UEFA “OFK Titoqrad” (Monteneqro) – “B36 Torşavn” matçını Ömər Paşayevə, “Zarya” (Moldova) – “Qurnik” (Polşa) görüşünü isə Rəhim Həsənova həvalə edib.
Avropa Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları
19 iyul
“OFK Titoqrad” (Monteneqro) – “B36 Torşavn”
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev
“Zarya” (Moldova) – “Qurnik” (Polşa)
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli
Dördüncü hakim: Rauf Cabbarov
