Digər idman növləri

Azərbaycanlı boksçu Rusiyada rinqə çıxacaq

26.04.2019 , 18:00

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov bu gün növbəti qarşılaşmasını keçirəcək.

“Qəbələ” klubun rəsmi saytının xəbərinə görə, idmançımız “Fight Night Global” çərçivəsində qüvvəsini sınayacaq. O, Rusiyanın Moskva vilayətinin Mıtişi şəhərində baş tutacaq döyüş gecəsində mübarizə aparacaq. Nəriman 70,3 kq çəki dərəcəsində çempionluq titulu uğrunda döyüşə çıxacaq. Onun rəqibi Qazaxıstan idmançısı Kuat Hamitov olacaq.

Ötən gün isə “Fight Night Global93”ün iştirakçılarının çəki mərasimi baş tutub. Abbasovla Hamitov döyüşdən bir gün öncə tamaşaçılara təqdim edilib. “Mıtışi Arena”da təşkil olunacaq döyüş gecəsi bu gün Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xatırladaq ki, hər iki idmançı bunadək bir dəfə kəmər uğrunda görüşə çıxıb. Keçirdiyi 26 döyüşdən 23-də qalib gələn Abbasov ilk cəhddə aldığı məğlubiyyətdən sonra ardıcıl 8 qələbəni sıralayıb. Keçirdiyi 25 görüşdə 18 dəfə qələbə qazanan qazaxıstanlı isə 2017-ci ildə çempionluq şansını əldən verib.

Son yazılar

Yuxarı