Ukraynanın Lvov şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində finalçıların adları məlum olub.
Korner.az-ın məlumatına görə, həlledici görüşə vəsiqə qazananlar arasında milli komandamızın 4 üzvü də var.
İki boksçumuz isə yarımfinalda uduzaraq, bürünc medala sahib olub.
60 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Qazıbəyov finala gedən yolda Ermənistan təmsilçisi Koryan Asteyan üzərində inamlı qələbə qazanıb – 3:0. Boksçumuz finalda Türkiyə idmançısı Tuğrulhan Erdemirlə qarşılaşacaq.
