Dünən Avropa Liqasının qrup mərhələsi IV turu çərçivəsində keçirilən “Qarabağ”- “Monako” matçından əvvəl hesabla bağlı dəqiq proqnoz verilib.
Korner.az-ın məlumatına görə, Anar Eyvazov adlı azarkeşin “Facebook”da oyunla bağlı yazdığı hesab hamının təəccübünə səbəb olub:
““Qarabağ”- “Monako” oyunu 1-1 bitəcək. Hesabi 37-ci dəqiqədə klubun legioneri Armenteros açacaq. İlk hissə 1-0 bitəcək. İkinci hissədə isə Monako bir qol vuraraq hesabı bərabərləşdirəcək və oyun belə qurtaracaq”.
