“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində Klublarası ilk dünya çempionatında ikinci, eyni zamanda son yarış günü start götürüb.
Korner.az-ın məlumatına görə, Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən “Altınpark-Akarsu” İdman Kompleksində körpücük üzərinə ilk olaraq yaşı 20-yə qədər olan idmançılar çıxıblar.
Azərbaycan idmançısı qızıl medal qazanıb.
“Abşeron-Zirvə” idmançısı Dadaş Dadaşbəyli toplam 352 kq (162+203) nəticə və 401.94 Sinkleyr xalı ilə rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri Moldovadan Andrian Mortikala tutub. O, 335 kq (155+180) nəticə və 378.49 xal toplayıb. Bürünc medal isə 295 kq (138+157) və 375.69 xal qazanan gürcü idmançı İrakli Qabritçedzeyə qismət olub.