Azərbaycanlı atlet Avropa çempionu oldu
04.03.2019 , 10:22

Şotlandiyanın Qlazqo şəhərində keçirilən yüngül atletika üzrə Avropa çempionatında Azərbaycan idmançısı qızıl medal qazanıb.
Üç təkanla uzunluğa tullanmada yarışan Nazim Babayev yarışını fəxri kürsüsünə yüksəlib.
Babayev 17.29 metr nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Portqaliyalı Nelson Evora (17.11), 2-ci, almaniyalı Maks Hess (17.10) 3-cü olub.
Qeyd edək ki, 21 yaşlı Babayev 2015-ci ildə gənclər, 2017-ci ildə isə U-23 idmançılar arasında Avropa çempionu adını da qazanıb.
