Portuqaliya milli komandasının futbolçusu Elder Poştiqa DÇ-2014-ün seçmə mərhələsinin martın 22-də İsrail, 4 gün sonra Azərbaycanla oyunları haqda fikirlərini açıqlayıb.
Korner.az–ın məlumatına görə, hücumçu millimizlıə oyunun vacibliyindən danışıb:
“İsrail yığması ilə oyun pley-ioff matçı dəyərindədir. Bundan sonrrakı – Azərbaycanla qarşılaşma haqda da eyni sözləri deyə bilərik. Rusiya və Şimali İrlandiya ilə uğursuz oyunlardan sonra bizim başqa yolumuz yoxdur. Biz bu oyunlarda qalib gəlməliyik. Qarşıdakı matçlara maksimum köklənəcəyik”.
Qeyd edək ki, Portuqaliya yığması hər 2 matçı səfərdə keçirəcək.