“Portuqaliya ilə oyunda lazım olan qələbəni qazandıq və qarşıdakı oyuna ciddi hazırlaşırıq. Biz Azərbaycan yığması ilə oyunda rəqibə yuxarıdan aşağı baxmağa hazırlaşmırıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri Rusiya yığmasının yarımmüdafiəçisi Aleksandr Kokorin deyib.
Oktyabrın 16-da millimizlə qarşılaşmaya da ciddi hazırlaşacaqlarını deyən Kokorin bu oyunda da qələbə qazanmaq istədiklərini bildirib:
"Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik. Bu oyuna da ciddi hazırlaşmalı və qələbə qazanmalıyıq”.
