“Azərbaycanla oyunda nəticə üçün döyüşəcəyik”
13.10.2020 , 11:08

Kipr millisinin baş məşqçisi Yohan Valem Millətlər Liqasının qrup mərhələsinin IV turunda sabah Azərbaycan yığmasına qarşı matç barədə danışıb.
O, yaxşı komandaya qaşrı oynayacaqlarını, nəticə üçün mübarizə aparacaqlarını söyləyib:
“Sabah yaxşı bir komandaya qarşı oyunumuz var. Ancaq komandama və istədiyimiz oyunu göstərəcəyimə inanıram. Başa düşürəm ki, hər kəs – komanda, texniki heyət, federasiya rəhbərliyi, azarkeşlər ən qısa zamanda yaxşı nəticələr qazanmağımızı istəyir. Nəticə üçün döyüşəcəyik. Komandamız heç vaxt meydana neqativ fikirlərlə çıxmır”.
Albaniyadakı “Elbasan Arena”da keçiriləcək Azərbaycan – Kipr matçı sabah saat 20:00-da start götürəcək.
