Futbol

Azərbaycanla oyuna Almaniyada maraq az olub

27.03.2017 , 14:35

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan – Almaniya oyununu rəqib ölkədə yayımlayan RTL kanalı reytinqlərdə zəif göstərici əldə edib. 

Korner.az-ın məlumatına görə, bu haqda Almaniya mətbuatı xəbər yayıb.

Matçı RTL kanalından 8,23 milyon insan izləyib. Bu, Almaniyadakı televiziya bazarında tamaşaçıların 31,5 faizi deməkdir. 

Bildirilir ki,  Azərbaycanla oyuna nisbətən digər verilişlərə maraq daha çox olub.

Xatırladaq ki, matç qonaqların 4-1 hesablı qələbəsi ilə başa çatıb.

Son yazılar

Yuxarı