Kanada millisinin baş məşqçisi Benito Floro Azərbaycan və Özbəkistanla keçirəcəkləri yoldaşlıq oyunu öncəsi fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, o, hər iki matçın komandası üçün yaxşı sınaq xarakteri daşıyacağını deyib:
“Çünki bu, komandamız və onun xətlərarası əlaqələri üçün yeni strukturu təcrübədən keçirmək və yaratmaq imkanı verəcək. Buna görə də Avropa toplanışı yığma üçün vacibdir. Hər bir toplanışda onlar daha çox öyrənə və müsbət metodları praktikadan keçirə biləcəklər”.
