Azərbaycanla oyun üçün heyəti açıqladılar – Siyahı
04.10.2023 , 14:32
Estoniya millisinin Avro-2024-ün seçmə mərhələsinin Azərbaycanla matçı üçün və Tailandla yoxlama görüşü üçün heyəti açıqlanıb.
Korner.az xəbər verir ki, heyətdə 24 futbolçu yer alıb.
Qapıçılar: Karl Yakob Hein (“Arsenal”, İngiltərə), Matvey İqonen (“Hebır”, Pazarcik, Bolqarıstan), Karl Andre Vallner (“Levadiya”)
Müdafiəçilər: Karol Mets (“Sankt-Pauli”, Almaniya), Yoonas Tamm (“Botev”, Bolqarıstan), Artur Pikk (“Odra”, Polşa), Marten Kuusk (“Uypeşt”, Macarıstan), Maksim Paskotşi (“Qrasshopper”, İsveçrə), Ken Kallaste, Mixael Lilander (hər ikisi “Flora”), Rasmus Peetson (“Levadiya)
Yarımmüdafiəçilər və hücumçular: Henri Anier (“Li Man”, Honkonq), Mattias Kayt (“Rapid”, Rumıniya), Erik Sorqa (“Sumqayıt”, Azərbaycan), Vlasi Sinyavski (“Slovatsko”, Çexiya), Markus Pum (“Şemrok Rovers”, İrlandiya), Georgi Tunyov (“Peskara”, İtaliya), Boqdan Vaşuk (“Vozdovats”, Serbiya), Rokko Robert Şeyn (“Dordrext”, Niderland), Aleks Mattias Tamm (“Nımme Kalyu”), Konstantin Vasilyev, Sergey Zenyov, Henrik Oyamaa, Martin Miller (hamısı “Flora”).
Qeyd edək ki, Estoniya – Azərbaycan görüşü oktyabrın 13-də keçiriləcək. Estoniya oktyabrın 17-də Tailand ilə qarşılaşacaq.