Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Çexiya yığması itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, bunu Çexiya yığmasının meneceri Yaromir Şeterle deyib.
O bildirib ki, hücumçu Milan Şkoda yığmanın düşərgəsinə zədəli gəlib. Çexiya çempionatının ötən turunda “Karvina” ilə qarşılaşmanın son dəqiqələrində zədələnən “Slaviya”nın forvardın durumu qeyri-müəyyəndi.
Heyətə sonradan cəlb edilən 30 yaşlı futbolçunun oktyabrın 8-də Almaniya ilə Hamburqda keçiriləcək matçda iştirak etməyəcəyi dəqiqdi. Əgər Şkoda qısa müddətdə sıraya dönərsə, Azərbaycanla oktyabrın 11-də evdə baş tutacaq görüşdə məşqçilər korpusunun ixtiyarında olacaq.
