Müsahibə

“Azərbaycanın yüksək səviyyəli liqası var”

11.08.2020 , 18:56

“Səbail”in yeni transferi Florian Kadriu klubun saytına müsahibə verib.

Korner.az 23 yaşlı Albaniya əsilli şimali makedoniyalı vingerin müsahibəsini təqdim edir:

–  “Səbail”ə xoş gəlmisən! Yeni komanda ilə müqavilə imzaladın. Nə hisslər keçirirsən?

–  Öncə mənə inandığınıza görə, təşəkkür edirəm. Burada olmağıma çox şadam, keçirdiyim hissləri ifadə etmək mümkün deyil. Çox sevinirəm.

–  “Səbail”ə gəlməmişdən öncə Azərbaycan Premyer Liqasından nə məlumatın var idi?

–  Bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var. Burada oynayan həmyerlilərim liqanın güclü olduğunu bildirmişdilər.

–  Öz oyun tərzini necə təsvir edə bilərsən?

– Oyunda sürətə və fərdi ustalığa daha çox güvənirəm.

–  Yaxınların səni necə çağırır?

–  Yaxınlarım məni Landi çağırır.

–  Mövsüm avqustun 21-də başlayacaq. Həm şəxsi, həm də komandadan gözləntilərin nədir?

–  İnanıram ki, mövsümə qələbələr ilə başlaya biləcəyik. Komanda ilə birlikdə klubun ambisiyalarını doğrultmağa çalışacağıq. Özüm şəxsən, ən yaxşı oyunumu göstərmək üçün əlimdən gələni edəcəyəm.

–  “Səbail”in azarkeşlərinə ismarıcın nədir?

–  Azakeşlərə mesajım odur ki, sizi məmnun etmək üçün ən yaxşı oyunumu göstərəcəyəm. Sizin dəstəyiniz çox vacibdir, komanda üçün 12-ci oyunçusunuz. Sizsiz futbolu təsəvvür etmək çox çətindir. Öz oyunum ilə sizə zövq yaşatmağa çalışacağam. Sizin üçün hər oyunda qol vurmaq üçün əlimdən gələni edəcəyəm.

Son yazılar

Yuxarı