Azərbaycanın UEFA-nın reytinqdə mövqeyi dəyişmədi
08.08.2018 , 10:00
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Azərbaycanın mövqeyi dəyişməz qalb. Avrokuboklarda yeganə təmsilçimiz “Qarabağ”ın BATE-yə 0:1 hesabı ilə uduzmasından sonra xal ehtiyatımız artmayıb. Buna baxmayaraq, Azərbaycan 18,125 xalla 23-cü sırada qərarlaşıb.
Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsveçin 18.650 xalı var.