"Avro2017"nin seçmə mərhələsi çərçivəsində futbol üzrə 21 yaşlılardan ibarət milli komandamız "Dalğa Arena”da Avstriya milli komandasına 2-0 hesabı ilə məğlub oldu.
Oyundan sonra Avstriya millisinin baş məşqçisi Verner Qriqoreviç Korner.az saytına bunları deyib:
"Bizim üçün çətin qarşılaşma oldu. Baxmayaraq ilk hissədə 2-0 hesabıilə qalib gəlsək də, gərgin oyun baş tutdu. Biz bilirdik ki, Azərbaycan millisi sona qədər mübarizə aparacaq. Qələbəyə görə, komandamı təbrik edirəm.”
