Azərbaycanın seçmə millisi Rumıniyaya qarşı
19.11.2024 , 10:55
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Korner.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda 3-cü matçında Rumıniya ilə üz-üzə gələcək.
Rumıniyanın Buftya şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.