Milli

“Azərbaycanın oyununu Almeyda idarə edir” – Maltanın baş məşqçisi

09.09.2018 , 21:43

Malta millisinin baş məşqçisi Rey Farruca Millətlər Liqasında Azərbaycanla oyundan öncə fikirlərini bildirib.

O, maksimum nəticəyə nail olmağa çalışacaqlarını deyib:

“UEFA Millətlər Liqasının startınında uğursuzluqla üzləşdik. Buna görə çox məyusuq. Uğursuz startı unutdurmaq üçün bu qarşılaşmada müsbət nəticə qazanmalıyıq. Bütün heyətimiz oyuna ciddi yanaşır. Mənim üçün ən vacib olan budu. Mümkün nəticəyə nail olmaq üçün çox çalışmalıyıq. Azərbaycan nə qədər güclü olsa da, qələbəyə köklənmişik”.

Təcrübəli mütəxəssis millimiz barədə bunları söyləyib: “Rəqibimiziin Kosovoya qarşı matçını izlədik. Çox yaxşı komandaya qarşı oynayacağıq. Azərbaycanın orta xətti yaxşı futbolçulardan təşkil edilib. Mən xüsusilə Riçard Almeydanın adını çəkərdim. Top onun ayağında olanda hər şey baş verə bilər. Olduqca ağıllı davranır. Azərbaycanın oyununu məhz Riçard idarə edir. Rəqibimiz həqiqətən də güclüdü”.

Maltalı çalışdırıcı hər iki komandanın qələbə qazanmaq şansının olduğunu vurğulayıb: “Farer adaları ilə Azərbaycan millisi bir-birindən tamamilə fərqlənir. Hər iki komandanın qələbə qazanmaq şansı var. İlk oyundakı səhvləri təkrarlamaq olmaz. Əgər bunları etməsək, Azərbaycana qalib gələ bilərik”.

Malta – Azrəbaycan oyunu sabah Ta Qali stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Azrbaycan ilk matçda Kosovo ilə heç-heçə edib – 0:0. Kosovo isə Farer Adalarına 1:3 hesabı ilə uduzub.

Son yazılar

Yuxarı