Azərbaycanın millisi Fransaya uduzdu
22.03.2023 , 23:38

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununa çıxıb.
Korner.az xəbər verir ki, yığma Fransa seçməsi ilə qarşılaşıb.
Bosniya Herseqovinada keçirilən qarşılaşmada millimiz 0:5 hesabı ilə uduzub.
22 mart
20:00 Fransa – Azərbaycan – 5:0
Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan)
Şiroki Briyeq şəhəri, Pecara İdman zalı
