Azərbaycanın iki idmançısı Paris-2024-ə vəsiqə qazandı
30.04.2024 , 23:30
Azərbaycanın iki badmintonçusu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Korner.az xəbər verir ki, Beynəlxalq Badminton Federasiyasının bu gün açıqladığı reytinq cədvəlinə əsasən, Edi Reski Dviçao və Keyşə Fatimə Zəhra Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanıblar. Dviçao reytinqdə 28-ci, Zəhra isə 31-ci yerdə qərarlaşıb.
Bununla da Azərbaycanın Olimpiya lisenziyalarının sayı 20-yə çatıb.