Azərbaycanın gənc gimnastı finala yüksəlib
19.05.2023 , 22:37
Bakıda keçirilən Avropa çempionatında azərbaycanlı gimnast Zöhrə Ağamirova təsnifat mərhələsində gürzlər və lentlərlə bacarıqlarını göstərib.
Korner.az xəbər verir ki, gürzlərlə hərəkətlərin icrasında hakimlərdən 31.050 xal alan Ağamirova adını finala yazdırıb.
O, lentlə hərəkətlərdə isə 28.900 xal toplayıb. 4 hərəkətin cəmində 95.750 xal yığan Ağamirova ümumi sıralamada 5-ci yeri tutaraq, çoxnövçülükdə də finala adlayıb.