Azərbaycanın güləş üzə dünya çempionu, Sumqayıt şəhər sakini Emin Bəşirov
dünyasını dəyişib.
Korner.az-ın azvision.az-a
istinadən verdiyi məlumata görə, bir neçə ildir
idmandan uzaqlaşan 32 yaşlı E.Bəşirovun narkotik istifadəçisi olduğu
bildirilir.
Ehtimal
olunur ki, dünya çempionu bu səbəbdən dünyasını dəyişib.
Qeyd
edək ki, Bəşirov Emin Əbiş oğlu 25 mart 1983-cü ildə Sumqayıt şəhərində anadan
olub.
Qubadlı
rayon Saray kənd orta məktəbinin məzunu olan idmançı Azərbaycan Dövlət Bədən Tərbiyəsi
və İdman Akademiyasını bitirib.
Onun
idman nailiyyətlərinə gəlincə, Yunan-Roma güləşi üzrə Yeniyetmələrin I
Ümumdünya Olimpiya Oyunlarının bürünc mükafatçısı (Rusiya-1998), Yeniyetmələr
arasında Dünya çempionu (Danimarka-1999) və Avropa birinciliklərinin bürünc
mükafatçısı (Slovakiya-2000, Yuqoslaviya -2002) olub.
