Azərbaycanın daha bir atletindən qızıl medal
16.05.2023 , 11:01

Azərbaycanın daha bir ağırlıqqaldıranı Tunisin paytaxtı Tunisdə keçirilən Afrika çempionatında qızıl medal qazanıb.
Korner.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan İsa Rüstəmov birdən qaldırma hərəkətində 138 kq, təkanla qaldırmada 164 kq çəkini başı üzərinə qaldırıb.
Toplam 302 kq (138+164) nəticə göstərən idmançı hər üç hərəkətdə bütün rəqiblərini qabaqlayıb.
Daha əvvəl qadınlardan Nazilə İsmayılova (45 kq) Afrika çempionu olub.
