Azərbaycanın daha 3 klubu xaricdə toplanışdan imtina etdi
17.12.2020 , 19:52

Azərbaycan Premyer Liqasında çıxış edən daha 3 komanda qış təlim-toplanışı ilə bağlı seçimini edib.
Korner.az xəbər verir ki, “Qəbələ”, “Sabah” və “Səbail” hazırıq prosesini Bakıda keçəcək.
Sözügedən klublar pandemiya ilə bağlı vəziyyəti nəzərə alaraq, ölkə xaricinə yollanmaqdan imtina ediblər. Hər 3 komanda yanvarın əvvəlində toplaşaraq, mövsümün ikinci yarısına hazırlaşacaq. (Report)
