Azərbaycanın 7 cüdoçusu AÇ-də mübarizəyə başlayır
25.04.2024 , 09:51
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Avropa çempionatı start götürəcək.
Korner.az xəbər verir ki, turnirin ilk günündə Azərbaycanın 7 cüdoçusu mübarizəyə başlayacaq.
Kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Yaşar Nəcəfov (66 kq) qüvvələrini sınayacaqlar.
Qadınlardan isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq) və Acelya Toprak (57 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış aprelin 27-də başa çatacaq.