Azərbaycanın 3×3 basketbol millisi məğlub oldu
02.08.2024 , 12:55

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Paris – 2024 Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.
Korner.az xəbər verir ki, komanda 5-ci turda Avstraliya ilə üz-üzə gəlib.
Görüş rəqibin 21:12 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisi bu gün Bakı vaxtı ilə saat 19:30-da Çinlə qarşılaşacaq.
Qeyd edək ki, komandamız daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 hesabı ilə uduzub, ABŞ millisinə qalib gəlib – 20:17.
