Poverliftinq idman növü üzrə 9 qat Azərbaycan, 3 qat Avropa və dünya çempionu Zərdüşt Həsrətov dünyasını dəyişib.
Korner.az-ın məlumatına görə, bu barədə idmançının yaxın dostları sosial şəbəkədə yazıblar.
Məlumata görə, 23 yaşlı idmançı ötən gün evdə tək olub, səhhətində qəfil problem yaranıb.
Onun ürəyinin dayandığı ehtimal olunur. Məsələyə tibbi ekspertizanın nəticələrindən sonra aydınlıq gələcək.
