Azərbaycanı yox, Kolumbiya millisini seçdi
07.02.2019 , 15:13

İran millisindən ayrılan Karluş Keyruşun yeni iş yeri müəyyənləşib.
65 yaşlı mütəxəssis Kolumbiya millisini çalışdıracaq. Məlumatı federasiyanın saytı yayıb.
Portuqaliyalı mütəxəssis İran millisindən sonra AFFA-dan millimizi çalışdırmaqla bağlı təklif alsa da, rədd cavabı vermişdi.
