Azərbaycanı Şəhriyar Məmmədyarov təmsil edəcək
27.03.2023 , 19:53
Martın 27-də Özbəkistanda rapid üzrə beynəlxalq turnirə start veriləcək.
Korner.az xəbər verir ki, Yarışda Nodirbek Abdusattarov, Aleksandr Qrişuk, Rüstəm Kasımjanov kimi tanınmış şahmatçılar iştirak edəcək. Turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək.
Özbəkistandakı yarışın baş hakimi Azərbaycan Şahmat Federasiyasının Birinci vitse-prezidenti Faiq Həsənov olacaq.
Qeyd edək ki, üç gün davam edəcək turnirin mükafat fondu 50 min ABŞ dollarıdır.