“Azərbaycanı məğlub etməli idik” – Maltanın baş məşqçisi
15.11.2018 , 16:16

“Kosovo qrupun ən güclüsüdü. Bizim üçün çətin olacaq”
Bu sözləri Millətlər Liqasında yığmamızla eyni qrupda yer alan Maltanın baş məşqçisi Ray Farruciya Kosovo ilə oyundnan öncə deyib. Farruciya millimizlə oyunu xatırladıb və qələbəyə layiq olduqlarını vurğulayıb: “Meydanda ən yaxşısını etməyə çalışacağıq. Biz bunu Azərbaycanla oyunda etmişik. Biz evdə Azərbaycanı məğlub etməyə layiq idik, amma 1 xalla kifayətləndik. Kosovoya qarşı da yaxşı oynamağa çalışacağıq”.
Qeyd edək ki, Malta millimizlə hər iki görüşdə 1:1 hesablı heç-heçə edib.
