Azərbaycanı Avropa çempionatında təmsil edəcək daha bir cüdoçunun adı məlum oldu
07.04.2025 , 14:15

Azərbaycanı Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında keçiriləcək Avropa çempionatında təmsil edəcək daha bir cüdoçunun adı məlum olub.
Korner.az xəbər verir ki, 90 kq çəki dərəcəsində Murad Fətiyev mübarizə aparacaq.
O, ötən gün Xorvatiyanın Dubrovnik şəhərində başa çatan Avropa kubokunda qızıl medal əldə edib.
Aprelin 23-dən 27-nə qədər təşkil olunacaq Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində 16 cüdoçu (9 kişi, 7 qadın) təmsil edəcək.
