Azərbaycanı 13 idmançı təmsil edəcək
23.03.2023 , 17:49

Bu gün Tbilisidə Azərbaycan komandasının iştirakı ilə də keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.
Korner.az xəbər verir ki, yarışda 13 idmançımız iştirak edəcək.
Kişilər
Kəramət Hüseynov (60 kq) – Dilşod Xalmatov (Ukrayna)
Turan Bayramov (60 kq) – Aibek Omirov (Türkmənistan)
Kamran Süleymanov (66 kq) – Quram Dzavaşvili (BƏƏ)
Rəşid Məmmədəliyev (73 kq) – Mixeili Baxbaxaşvili (Gürcüstan)
Nəriman Mirzəyev (73 kq) – Eduardo Mella (İtaliya)
Rüstəm Orucov (81 kq) – Zaur Dvalaşvili (Gürcüstan)
Elcan Hacıyev (81 kq) – Anri Equtidze (Portuqaliya)
Vüqar Talıbov (90 kq) – Aram Qriqoryan (BƏƏ)
Camal Qamzatxanov (100 kq-dan yuxarı) – İqnas Meçajus (Litva) – İrakli Demetraşvili (Gürcüstan) cütünün qalibi
Qadınlar
Leyla Əliyeva (48 kq) – Venna Juanq (Çin)
Gültac Məmmədəliyeva (52 kq) – Yasmim Lima (Braziliya)
Aydan Vəliyeva (52 kq) – Naomi Van Krevel (Niderland)
Fidan Əlizadə (57 kq) – Paulin Starke (Almaniya)
