"Araz-Naxçıvan" adının UEFA-nın rəsmi saytında səhv yazılmasına etiraz edib.
Korner.az-ın məlumatına görə, Naxçıvan təmsilçisinin adı qitə futbol qurumunun rəsmi saytında "MKT-Araz" kimi göstərilmişdi.
Həmçinin İmişli təmsilçisinin loqosu, nəticələri də "Araz Naxçıvan"a şamil olunub. Məsələ ilə bağlı "Araz-Naxçıvan" PFK Peşəkar Futbol Liqasına (PFL) məlumat verib. Qurum isə öz növbəsində bu səhvin düzəldilməsi üçün UEFA-ya müraciət edib və qısa vaxt kəsiyində bunun düzəldiləcəyi bildirilib.
