“Azərbaycandan konkret təklif var idi”
18.04.2020 , 17:21

“Boka Xuniors”un qapıçısı Marko Dias “Qarabağ”a transfer baş tutmamasından danışıb
Korner.az xəbər verir ki, 34 yaşlı argentinalı qapıçı pul məsələsinə görə transferin baş tutmamağını bildirib:
“Hazırda mənimlə müqavilə barədə danışan olmayıb. Tək istəyim yenidən məşqə çıxmaqdı. Yayda “Boka Xuniors”dan ayrıla bilərdim. Çünki Azərbaycandan konkret təklif var idi. Klublar arasında danışıq gedirdi. Əgər “Boka Xuniors”a transfer haqqı ödənilsəydi, keçidim baş tutacaqdı”.
