“Azərbaycandan heç kimlə əlaqə qurmamışam” – Prosineçki
24.04.2020 , 11:43

“Kayserispor”un baş məşqçisi Robert Prosineçki Azərbaycan millisini çalışdıracağı bağlı xəbərlərə növbəti münasibət bildirib.
Xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində iddiaları təkzib edib:
“Bunu kimin yazdığını bilmirəm. Bunların heç biri olmayıb. Azərbaycandan heç kimlə əlaqə qurmamışam. Çıxan xəbərlər həqiqət deyil”.
Prosineçki 2014-2017-ci illərdə millinin baş məşqçisi işləyib.
