"Krılyev Sovetov" klubunun keçmiş baş məşqçisi Aleksandr Tarxanov DÇ-2014-ün seçim turu mərhələsində keçiriləcək Rusiya-Azərbaycan oyununu şərh edib.
Korner.az-ın məlumatına görə, Tarxanovun Ruisyanın qələbə qazanacağını düşünür.
"Azərbaycan təşkilatlanmış oyun göstərəcək. Biz rəqibdən güclüyük, həm fərdi, həm də icraedici planda. Rusiyanın 3:0 qalib gələcəyini düşünürəm. Ola bilər ki, Kapello bu dəfə Dzaqoyevi oyuna çıxarsın. Bu cür oyunlarda qeyri-standart qərarlar qəbul edən futbolçu lazımdır".
